AzərbaycanMədəniyyət və incəsənət

Parsa Xaef Beynəlxalq uşaq Muğam Musiqi Festivalının özəl qalibi oldu

Bakıda Beynəlxalq uşaq Muğam Musiqi Festivalı baş tutub.

Aznews.tv xəbər verir ki, festivalda Türkiyə, İraq, İran, Misir, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Azərbaycandan sənətçilər iştirak ediblər.

Bakının Muğam Musiqi salonunda yarışan finalçılar arasında “Sarı gəlin” mahnısı ilə diqqət çəkən Parsa Xayef də yer alıb. P.Xayef “Nəva” dəzgahında mahnı oxumaqla hakimlərin marağını özünə cəmləyib. O, Qran-Pri nominasiya üzrə mükafatlandırılıb və yeniyetmələr bölümündə diplom qazanıb. Parsa Xayefin oxuduğu mahnını Behrəng Tila bəstələyib.

Qeyd edək ki, Ərdəbilin gənc sənətçisi Parsa Xayef ənənəvi musiqidə istedadlı bir şəxsdir. O, Azərbaycan musiqisinə xüsusi maraq göstərir. Əvvəllər bir neçə milli musiqi festivallarında birinci yeri əldə edən Parsa Xayef İranın 3 şəbəkəsi dövlət televiziyasının “Əsr Cədid” (“Yeni Çağ”) proqramında üçüncü olub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close