az

Parsabadda yol qəzası: ölən və yaralanan var

Parsabadda şəhərində, Muğanın Sarı Qışlaq kəndində yol nəqliyyat hadisəsi baş verib.

Yük maşını ilə “Prayd” markalı avtomobilin toqquşması nəticəsində meydana gələn qəzada bir nəfər ölüb, 3 nəfər yaralanıb.

“Prayd”ın sürücüsü və üç sərnişini Parsabadın Tibb Mərkəzinə aparılsa da, birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza qurbanlarından olan 67 yaşlı qadın xəstəxanada həyatını itirib.

Hadisənin baş verməsinə “Prayd”ın sürücüsünün səbəb olduğu bildirilib.

Qeyd edək ki, Parsabad şəhəri ustanda ikinci ən böyük şəhərdir və Ərdəbildən 230 km şimalda, Azərbaycan Respublikasının yaxınlığındadır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close