Site icon Aznews TV

Paşinyan: Türkiyə ilə danışıqları inkişaf etdirmək üçün əlimizdən gələni etməliyik

Paşinyan bu barədə ölkə parlamentindəki çıxışında “danışıqlarda dalana dirənməmək üçün əlimizdən gələni etməliyik” deyib.

Nikol Paşinyan təmsil etdiyi hökumətin Türkiyə ilə müzakirələrdən qaynaqlanan bütün risklərdən xəbərdar olduğunu vurğulayaraq, əlavə edib: “Hesab edirəm ki, hər şeyə baxmayaraq, biz Ankara ilə danışıqları və məsləhətləşmələri davam etdirməliyik”.

Erməni baş nazir sonda Türkiyə ilə münasibətlərin normallaşması prosesini ölkəsinin beynəlxalq müttəfiqləri ilə paylaşdığını və müttəfiqlərinin də bu məsələyə müsbət yanaşdıqlarını qeyd edib.

Exit mobile version