Dünya

Mayk Pompeonun Gürcüstan səfəri başa çatıb

Amerikanın xarici işlər naziri Mayk Pompeonun Gürcüstana rəsmi səfəri başa çatıb. Məlumata görə, o, Tbilisi beynəlxalq hava limanından İsrailə yola salınıb. Pompeo səfər çərçivəsində yerli mətbuata heç bir açıqlama verməyib. Qeyd edək ki, nazir ötən gün Tbilisiyə gəlib. O, bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya və xarici işlər naziri David Zalkaliani, patriarx II İlya ilə görüşüb. Pompeo Qeyri Hökümət Təşkilatlarının nümayəndələri ilə planlaşdırılmayan görüş də keçirib.

Related Articles

Bir cavab yazın

Back to top button