DünyaElm & Texnologiya

Pekin ABŞ-ı Çinə qarşı kiber oğurluğu dayandırmağa çağırır

Rəsmi Pekin ABŞ-ı Çinə qarşı kiber oğurluğu dayandırmağa çağırır.

Bəyanat ABŞ Ədliyyə Nazirliyinin 2017-ci ilin Equifax kiberhücumu üçün Xalq Qurtuluş Ordusunun dörd üzvünü ittiham etməsindən sonra yayılıb.

Məlumata görə, Çin Xarici İşlər Nazirliyinin ABŞ-a ünvanlanan bu bəyanatında hökumətin və Çin hərbçilərinin heç bir kiber cinayət ilə əlaqəli olmadığı vurğulanır.

Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq Çinin də ABŞ-ın kiber hücumlarının və davamlı nəzarətinin qurbanı olduğunu qeyd edib və rəsmi Vaşinqtonu bu əməllərini dayandırmağa çağırıb.

Qeyd edək ki, FTB dörd Çin vətəndaşını kiber cəsusluqda ittiham edir. Vaşinqton dəfələrlə Çin hakerlərini müxtəlif cinayətlərdə ittiham edib, bəzilərininsə dövlət qurumları ilə əlaqəli olduğunu iddia edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close