Azərbaycanİran

Kərəc həbsxanasında rəzalət: Prokuror dini müqəddəsləri və sünni məhkumları təhqir etdi

Geniş bir heyətlə Kərəc zindanından görüş keçirən Tehran prokurorunun dini müqəddəsləri və sünni məzhəbini təhqir etməsi məhbusların etirazları ilə qarşılanıb.

3 məhbus islam dininin təhqir edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Kərəc şəhərinin “Rəcaişəhr” zindanında saxlanılan məhkumlardan biri ailəsi ilə telefon danışığı zamanı deyib ki, hadisə iyunun 30-da baş verib.

Həbsxanada görüş keçirən Tehran prokuroru Əli Salehi sünni məzhəbini və sünni məhbusları təhqir edib.

“Əli Salehi zindanın 4 və 7-ci bölmələrində saxlanılan sünni məzhəbli məhbuslarla görüşü zamanı sünni məzhəbini, islam dininin müqəddəslərini və sünni məzhəbli məhbusları kobud şəkildə təhqir edib. Bununla  kifayətlənməyən prokuror dedi ki, sünnilərin İranda yaşamağa haqları yoxdur”-deyə, məhbus bildirib.

Tehran prokuroru deyib ki, sünni məhkumların problemlərinin çox olmasından məmnunnur.

O, onların heç bir hüquqlarının olmadığını, zindan rəhbərliyinin onlara qarşı davranışlarını dəstəklədiyini ifadə edib.

Əli Salehinin təhqiredici çıxışı, islam müqəddəslərini və sünni məzhəbinin böyüklərini təhqir etməsindən sonra Yasin Abbas Cubi, Nurəziz Darabi və Sadiq Əyyubi adlı sünni məhbuslar aclıq aksiyasına başlayıblar.

Qeyd edək ki, Tehran prokuroru Əli Salehinin sünni məzhəbini və bu məzhəbə mənsub olan islam müqəddəslərini təhqir etməsi  məhkəmə, prokurorluq işçilərindən ibarət 115 nəfərlik heyətin, çox sayda məhbusun gözü qarşısında baş verib.

Hal-hazırda Kərəcin “Rəcaişəhər” zindanında 49 sünni məzhəbli məhbus saxlanılır və aclıq aksiyasına başqa məhkumlarında qoşulacağı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button