Dünyaİdman

Pele evdən çölə çıxmağa utanır

Dünya futbolunun əfsanəsi Pele neçə vaxtdır çanaq nahiyəsindən əziyət çəkir.

Övladlarının dediyinə görə, əfsanəvi futbolçu bu səbəbdən evdən çölə çıxmağa utanır, çəlik və yardımedici təchizatla görünməsini istəmir.

“Siz özünüzü bir an padşah kimi təsəvvür edin. Xalq həmişə onu belə bir şəxs kimi görüb və özü də özünü belə qəbul edir. Amma indi hətta gəzməyə gücü yoxdur. O, utanır və çölə çıxmaq istəmir. O çox həssas olub və bud nahiyəsindən əməliyyat olduğu üçün yerimək və hərəkət etməkdə problemi var. Bu da onun depresiyaya düşməsinə yol açır”, – Pelenin oğlu olan Edinho bu barədə, – deyib.

Xatırladaq ki, dünya çempionatını üç dəfə fəth edən futbolçu ötən il də xəstəxanaya yerləşdirilmişdi. 79 yaşlı idmançı son vaxtlar vilçer üstündə görüntülənib. Pelenin oğlu bu məsələ ilə bağlı Qlobo Televiziyasına müsahibə verərkən, “o, indi çox qorxaq və tənbəl olub”, – deyib. Qeyd edək ki, Pele “Dünyanın ən çox qol vurmuş futbolçusu” adına sahibdir. O, 21 il içində 1363 oyunda 1281 qol vurub. Braziliyanın qızıl köynəkli futbolçusu 91 milli oyunda 77 qol vurub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close