DünyaİranSiyasət

Pentaqon bölgədə “İranın hücumları”nı beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu bildirib -VİDEO

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Patrik Şanahan 13 iyun, cümə axşamı günü Oman dənizində iki neft tankerinə hücumla bağlı İranı ittiham edərək deyib ki, belə “yersiz hücumlar”la qlobal təhlükəsizliyə və beynəlxalq sularda sərbəst gəmiçiliyə qarşı təhdiddir.
Aznews.tv xəbər verir ki, Patrik Şanahan öz Twitter səhifəsində yazıb: “Biz münaqişə istəmirik, lakin özümüzün və müttəfiqlərimizin maraqlarını müdafiə edirik”.
Cümə axşamı “Sinqapur və Norveçə aid iki böyük xam neft daşıyan gəmi” Oman dənizində hücum məruz qalaraq yanıb.
Hadisədən bir neçə saat sonra Amerika İranı Oman dənizində iki neft tankerinə hücum təşkil etməkdə günahlandırdı.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi buna cavab olaraq bildirib ki, Amerikanın İranın hücumda əlinin olmasına dair “iddiası” əsassızdır.
Bəyanatda qeyd olunur ki, Amerika rəsmilərinin İranın bu gəmilərə hücumda rolunun olması ilə bağlı açıqlamaları bu ölkənin “İranofobiya psixoloji müharibəsi” nin bir hissəsidir.

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close