Dünya

Pentaqon yeni Rusiya silahlarını nüvə üçlüyünə təhlükə hesab edir

Pentaqon yeni Rusiya silahlarını nüvə üçlüyünə təhlükə hesab edir.

Bu sözləri Pentaqonun satınalma və texniki təchizat müşaviri Alan Şaffer deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Avangard hipersonik raketləri kimi Rusiyanın ən son silahları qarşısında nüvə müqavimət potensialını qorumalı və üçlüyü yeniləməlidir.

“Bu silah müdafiəmizə qarşı təzyiq təhdididir. Bu, üçlüyümüz üçün bir təzyiq təhdididir. Buna görə üçlüyün modernləşdirilməsi çox vacibdir. Müdafiə Nazirliyi hipersonik silahları və hipersonik silahlardan qorunmağı prioritet təşkil edir. Bu, xüsusi bir problemdir” – deyə Şaffer bildirib.

Mütəxəssisin sözlərinə görə, Çin və Rusiya kifayət qədər qitələrarası ballistik raketlərinin arsenalına sahib olmalarına baxmayaraq oxşar istiqamətdə inkişaf edirlər:

“Çin və Rusiya yeni silah sistemlərini strateji məkanda yerləşdirirlər. Onlar bizə meydan oxuyacaqlar. Özümüzü bu silahlardan müdafiə etməyə hazır olmalı və qisas sistemlərini təklif etməyə hazır olmalıyıq” – Pentaqon rəhbərinin müavini əlavə edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close