Site icon Aznews TV

Pentaqon yenidən silahlanma xərclərini azaldacaq

ANT xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Cozef Bayden 2023-cü ilin iyununda daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş borc tavanının artırılması ilə bağlı qanun layihəsini imzalayıb və bu qanunla federal qurumlar tərəfindən xərclərin 1% azaldılması nəzərdə tutulur. Pentaqonun isə mart ayında 2025-ci maliyyə ili (oktyabrın 1-dən başlayaraq) üçün 850 milyard dollardan bir qədər az məbləğdə maliyyə vəsaiti istəyəcəyi gözlənilir.

“Politico”da dərc olunan məqalədə qeyd olunub ki, Pentaqon işçilərə verilən müavinətlərlə bağlı xərcləri azaltmağa hazır deyil: “Buna görə də büdcə ixtisarı ABŞ Silahlı Qüvvələrinin yenidən silahlanması xərclərinin azaldılması hesabına həyata keçiriləcək”.

Exit mobile version