Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Pezeşkian Belarus və Ermənistana gedir- Sənai

İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistan və Belarusa 2 günlük səfər edəcək.

Bu haqda İran Prezident Aparatının siyasi məsələlər üzrə müdir müavini Mehdi Sənai məlumat yayıb.

“İki ölkə arasında xüsusilə ticarət sahəsində əlaqələrin gücləndirilməsi və sənədlərin imzalanması səfərin məqsədlərindəndir”,- o bildirib.

Sənainin sözlərinə görə, bu iki səfər iyunun sonlarına planlaşdırılsa da, təxirə salınıb.

O, həmçinin deyib ki, Prezident Pezeşkian sentyabrda Şanxay Sammitində iştirak etmək üçün Çinə dəvət olunub.

Related Articles

Bir cavab yazın

Back to top button