DünyaİranSiyasət

Bolton İranı tankerlərə hücum etməkdə günahlandırıb

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton hesab edir ki, Birləşmiş Ərəb Əmirlikləri sahillərində baş verən tankerlərə hücumun arxasında İran dayanır.

Aznews.tv-nin InterFaks-a istinadən verdiyi məlumata əsasən, mayın 12 BƏƏ-nin Füceyrə limanında 4 neft tankerinə hücum təşkil edilib.

Nəticədə, Səudiyyə Ərəbistanının 2, BƏƏ və Norveçin 1 gəmisi ziyan görüb.

Mayın 25 ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Maykl Qlidey də bu hücumda İranı ittiham edib.

O, gəmilərin partladılması üçün istifadə olunan maqnit minalarının İslam İnqilabı Keşikçiləri Korpusuna aid olduğunu bildirib.

Yeri gəlmişkən, İran bu hücumlara aidiyyatı olmadığını qeyd edərək, rəsmi Vaşinqtonun bölgədə ordusunu toplamaqla “müharibə astanasında” olduğunu bildirib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button