Site icon Aznews TV

Polşa Krım tatarlarının qətliam və deportasiyasını soyqırım kimi tanıyıb

Bu qərar böyük səs çoxluğu ilə qəbul edilib: lehinə 414, əleyhinə 16 və bitərəf 2 səs.

Həmin qətnamədə deyilir: “1944-cü il mayın 18-də səhər saatlarında Sovet İttifaqının hakimiyyət orqanları Krım tatarlarını Krım yarımadasından qovmağa başladılar və tatarlar zorla köçürüldü. Cəmi 3 gündə 200 min insan Orta Asiya və Sibirə sürgün edildi.

Kanada, Ukrayna, Latviya və Litvadan sonra Polşa Krım tatarlarının öldürülməsini və məcburi deportasiyasını soyqırım kimi tanıyan beşinci ölkədir.

Exit mobile version