Dünyaİran

Pompeo Ərəbistanın Müdafiə müşaviri ilə İranı müzakirə etdi

ABŞ xarici işlər naziri Mayk Pompeo Səudiyyə Ərəbistan Müdafiə nazirinin müavini Xalid ben Səlman ilə görüşüb.

Aznews.tv xəbər verir ki, Pompeo görüşlə bağlı atdığı tvitində görüşün əsas məqsədinin İranın Yaxın Şərqdəki sibatı pozan hərəkətlərini müzakirə etmək olduğunu yazıb.

“Səudiyyə Ərəbistan özünü müdafiə etdikdə biz onların yanındayıq və dəstəkləyirik”, – o, yazıb.

Pompeonun sözlərinə görə, görüşdə Yəməndəki vəziyyət də müzakirə olunub.

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanın neft obyektlərinə raket hücumunda İranı günahlandırır. Eyni zamanda İranı Yaxın Şərq gərginliyində, Yəmən və Bəhreynin daxili işlərinə qarışmaqda günahlı bilir.

Related Articles

Bir cavab yazın

Back to top button