DünyaİranSiyasət

Pompeo BMT-ni İrana qarşı silah embarqosunu uzatmağa çağırdı

Gələn il BMT-nin İrana qarşı silah embarqosu ləğv ediləcəyi bir halda, ABŞ dövlət katibi bu addımla bağlı yenidən xəbərdar edib və bunu Yaxın Şərqdə silah rəqabətinin başlanğıcı adlandırıb.

Aznews.tv  “Radiozamaneh” saytına istinadən xəbər verir ki, oktyabrın 18-də İsrailə səfər edən ABŞ Dövlət Katibi Mayk Pompeo BMT-nin İrana qarşı sanksiyalarının 2020-ci ildə başa çatmasından narahatlığını bildirib və bu barədə öz Twitter səhifəsində yazıb: “İranın qüsurlu nüvə sazişi ilə əlaqədar, BMT-nin İrana qarşı silah sanksiyaları gələn il başa çatacaq. (Bundan sonra) Rusiya və Çin kimi ölkələr İrana mürəkkəb silah sata biləcəklər. İran rejimi də mürəkkəb silahları sərbəst şəkildə hər kəsə sata biləcək. “Bu, Yaxın Şərqdə yeni silah yarışının başlamasına səbəb olacaq”.

Hərtərəfli Birgə Fəaliyyət Planı ilə birlikdə təsdiqlənən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi beş il müddətinə İrana silah satışını qadağan edib. 2020-ci ilin oktyabrında be illik müddət və BMT-nin İrana qarşı sanksiyaları başa çatır. 2020-ci ilin oktyabrından sonra İran dünya bazarından, o cümlədən Çin və Rusiyadan yüngül hərbi silahlar ala bilər. İran nüvə sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edərsə, 2023-cü illdə ağır silahlara və raketlərə qarşı sanksiyalar qaldırılacaq.

Mayk Pompeo daha bir Twitter mesajında əlavə edib: “Hazırda İranın davranışından narahatsınızsa, İranın qabaqcıl raketlər, dronlar, tanklar və qırıcılarla nə edəcəyini düşünün. “Təhlükəsizlik Şurası silah embarqosunu uzatmalıdır”.

Aznews.tv  

Related Articles

Bir cavab yazın

Back to top button