Dünyaİran

Pompeo: İranda keçirilən seçkilər saxtadır

İranda keçirilən seçkilər saxtadır.

Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo keçirilən mətbuat konfransında İran xalqının Məclis seçkilərində fəallığı ilə bağlı danışarkən deyib. O, seçici fəallığının zəif olmasını vurğulayıb:

“İran rejimi saxta məclis seçkiləri keçirib və İran xalqı bu seçkilərdə fəal iştirak etməyiblər”.

Pompeo, İran xalqından gələn mesajlardan danışarkən, ölkə vətəndaşlarından birinin İran rejiminin törətdiyi cinayətləri qanuniləşdirəcəyi üçün səs verməyəcəyini bildirdiyini, daha bir şəxsin isə İranda heç vaxt səs vermədiyini söyləyib.

Qeyd edək ki, Pompeo bundan öncə İran rəhbərinin hər şeydən çox azad seçkidən qorxduğunu bildirmişdi.
ABŞ XİN-in İran üzrə xüsusi nümayəndəsi Brayan Huk da seçkidən bir gün qabaq Nigəhban Şurasının rəsmilərinin sanksiya edildiyini bildirmişdi. Hukun sözlərinə görə, onlar İranda azad seçkilərin keçirilməsinə mane olurlar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close