DünyaİranSiyasət

Pompeo: İranın dəstəklədiyi qruplaşmaların maliyyə mənbələri azalıb

Aznews.tv “İran İnetrnational” saytına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo, ABŞ-ın sanksiyaları və İslam Respublikasının iqtisadi imkanlarının azalması nəticəsində Livanın Hizbullah və İraqdakı şiə qruplaşmaları kimi İranın dəstəklədiyi qruplaşmaların maliyyə təminatının azaldığını bildirib.

“ABŞ-ın sanksiyalarından sonra İranın ÜDM-i 12-14 faiz azalıb”,-deyə Pompeo əlavə edib.

ABŞ Dövlət Katibi sentyabrın 8-də Fox News-a verdiyi müsahibədə deyib: “İranın dəstəklədiyi qruplaşmaların maliyyə imkanlarının azalması onların dünyada terror əməliyyatları həyata keçirməsi üçün lazımi avadanlıq və material almaqda məhdudiyyətlə üzləşməsinə səbəb olur və buna görə, ABŞ Prezidenti Donald Trampın İrana təzyiq göstərmək yanaşması bu günə qədər çox uğurlu olub”.

Bazar günü çıxışında ABŞ dövlət katibi İran prezidenti Həsən Ruhaninin “ABŞ sanksiyaları qaldırmayana qədər İran danışıqlar masasına qayıtmayacaq” sözlərinə toxunub.

Pompeo əlavə edib: “İran prezidenti bu sözləri danışdığı bir vaxtda, İranın neft iqtisadiyyatında ciddi problem yaşanır”. Pompeonun sözlərinə görə, Aİ-nin məlumatlarına görə, İranda ümumi inflyasiya 37%-i ötüb. ABŞ dövlət katibinin sözlərinə görə, konkret olaraq İranda qida və dərman məhsullarının qiyməti 40-60 faiz arasında artıb.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button