İranSiyasət

Pompeo: İranın MAQATE ilə kifayət qədər əməkdaşlıq etməməsindən narahatıq

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 8-də İran tərəfindən ötən həftə MAQATE müfəttişinin “saxlanılması”nı tənqid edərək müfəttişlə bu cür davranışın “qorxu” yaratmaq məqsədilə “yaramaz və əsassız” bir hərəkət olduğu bildirib.

ABŞ dövlət katibi İranın MAQATE müfəttişini “saxladığını” vurğulayıb.

Lakin “France-Press” agentliyinin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyi, İslam Respublikasının müfəttişin müvəqqəti olaraq İranı tərk etməsinə mane olduğunu bildirib.

İranın Atom Enerjisi Təşkilatı isə çərşənbə günü Agentliyin müfəttişinin “üzərində şübhəli materialların ola biləcəyi” ilə bağlı Nətənz zənginləşdirmə obyektinə girişinin qarşısını aldıqlarını açıqlayıb. İran habelə, Agentliyin qadın müfəttişinin qəbulunun ləğv edildiyini və İrandan Vyanaya getdiyini bildirib.

Avropa Birliyi cümə axşamı günü Agentliyin İdarə Heyətinin iclasında bəyanat yayaraq IAEA-nın müfəttişlərinin peşəkar və qərəzsiz olduqlarından əmin olduğunu bildirib və İrandan tələb edib ki, müfəttişlərə qanuni öhdəliklərinə və Agentliyin qaydalarına uyğun olaraq öz vəzifələrini yerinə yetirmələrinə icazə versin.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close