DünyaİranSiyasət

Pompeo İranla nüvə əməkdaşlığına görə güzəştlərin vaxtını uzadıb

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ Dövlət Katibi xarici şirkətlərin İranın nüvə obyektləri ilə əməkdaşlığının müddətini uzatmaqla, İslam Respublikasının nüvə proqramına daha geniş sanksiya və məhdudiyyətlərin qoyulmasıilə bağlı yeni qərarlar barədə məlumat verib.

ABŞ Dövlət Departamentinin sözcüsü oktyabrın 31-də verdiyi açıqlamada ABŞ Dövlət Katibi Mayk Pompeonun İranın nüvə proqramına məhdudiyyətlər qoymağa davam edəcəyini söyləyib. Bəyanatda belə bir qərarın İslam Respublikasının nüvə proqramı üzərində nəzarəti qorumağa və nüvə silahının istehsal riskini azaltmağa kömək edəcəyi deyilir.

Bəyanatda eyni zamanda vurğulanır ki, nüvə güzəştləri müddətinin uzadılması Hərtərəfli Birgə Fəaliyyət Planına uyğun olaraq İrana nüvə silahı üçün vaxtı qısaltmaq imkanlarını azaltmağa da imkan verəcək.

Bu güzəştlər nüvə sazişində qalan digər ölkələrə, o cümlədən Rusiya, Çin və Avropa Birliyi üzvlərinə Fordo və Ərak nüvə obyektləri, habelə Buşehr Atom Elektrik Stansiyasında İranla əməkdaşlığı davam etdirməyə imkan verir ki, beləliklə İranın nüvə proqramına qoyulan məhdudiyyətlərin davam etməsi və İslam Respublikasının nüvə silahı istehsal edə bilməməsi təmin edilsin.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button