DünyaİranSiyasət

Pompeo: İslam Respublikasına qarşı sanksiyalar təsirlidir

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, ABŞ dövlət katibi bir daha Donald Tramp administrasiyasının İranla nüvə sazişindən çıxmasını müdafiə edərək, İslam Respublikasına qarşı sanksiyaların “səmərəli” olduğunu bildirir.

Mayk Pompeo iyulun 15-də Shan-Hentinin radio verilişinə verdiyi müsahibədə deyib ki, İslam Respublikası “Yaxın Şərqdə qeyri-sabitlik yaradan ən əsas qüvvədir”.

Pompeo Tramp administrasiyasının Barak Obama dövründə formalaşan sazişdən çıxmasını yenidən müdafiə edərək, həmin sazişin və sanksiyaların aradan qaldırılmasının “əsaslı səhv” olduğunu vurğulayıb: “İrana böyük sərvət  və külli miqdarda pul verdi, pulları nəqd şəkildə qablaşdırıb İrana göndərdilər, daha sonra uranın zənginləşdirilməsini davam etməyə icazə verdilər. Nəticədə, onlar nüvə bombası istehsal etmək və terror törətmək imkanı əldə etdilər. Bunlar, prezidentin gördükləri əvvəlki sazişin səhvləri idi və mən düşünürəm ki, biz əsaslı bir tərəqqiyə nail olmuşuq”.

Pompeo, həmçinin ABŞ-ın Tehrana qarşı genişmiqyaslı təzyiqlər prosesini də müdafiə edərək “sanksiyaların müsbət nəticə verdiyini” bildirib.

ABŞ Dövlət katibi deyib: “Ümid edirəm ki, İslam Respublikasının rəhbərləri İran xalqının anladığı məsələni başa düşəcəklər. Fikrimcə, İran xalqı onların liderlərinin hazırki vəziyyəti və hadisələri tam olaraq dərk etmədiyini düşünür. Hesab edirəm ki, İran xalqı ölkənin maliyyə ehtiyatlarının Livanda Hizbullaha, Suriyaya və Yəmənə xərcləndiyini anlayır”.

Pompeo digər tərəflərin Nüvə sazişində qalmasını və Tehrana qarşı məhdudiyyətlər istiqamətində maneə yaratdıqlarını da tənqid edib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button