Dünyaİdman

Pompeo Məsud Özili dəstəkləyib, Pekini tənqid etdi

ABŞ Dövlət katibi Mayk Pompeo Çinin müsəlman uyğur azlıqlarına qarşı rəftarını tənqid edib, “Arsenal” klubunun oyunçusu Məsud Özili dəstəklədiyini bildirib.

O, bununla bağlı Tvitter hesabında paylaşım edib. Pompeo Pekinin bu komandanın futbal oyunlarını senzur edə biləcəyini, amma insan haqlarının pozulmasını gizlədə bilməyəcəyini deyib.

“Çinin Komunist partiyasının təbliğat mətbuatı mövsüm boyunca Məsud Özil və “Arsenal”ın oyunlarını senzur edə bilər, ancaq həqiqət zəfər çalacaq”.

Xatırladaq ki, Özil, keçən cümə günü Tvitter və İnstaqram hesabında etdiyi paylaşımında uyğurları təqiblərə və işkəncələrə qarşı müqavimət göstərən döyüşçülər adlandırıb, Çinin siyasətini qınayıb. Çinin mərkəzi televiziyalarından olan CCTV kanalı dekabrın 15-i “Arsenal”la “Mançester Siti” komandalarının oyununun yayımını ləğv edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close