BölgəDünya

Pompeo: Rusiya Suriyada onlarla türk əsgərini qətlə yetirib

Hesab edirik ki, Rusiya Suriyada onlarla türk əsgərini qətlə yetirib.

Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, ABŞ-ın Rusiyanın Suriyadakı hərbi əməliyyatda onlarla türk əsgərini öldürdüyünə inandığını bildirib.

“ABŞ Suriyada onlarla türk hərbçisinin öldürülməsindən sonra Türkiyəyə (NATO-dakı müttəfiqi) yardım etmək niyyətindədir”.

Qeyd edək ki, Ankara keçən ay Suriya rejiminin hava hücumunda azı 34 türk hərbçisinin həlak edildiyini açıqlayıb. Eyni zamanda Pompeo, Suriyanın Müdafiə naziri Əli Abdullah Əyyuba qarşı “Suriya daxilində zorakılıq hərəkətləri törətdiyinə görə” sanksiya qoyulduğunu bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close