DünyaİranSiyasət

Pompeo Tehrana qarşı silah sanksiyalarının müddətinin başa çatması barədə xəbərdarlıq etdi

Aznews.tv “Azadlıq” radiosuna istinadən xəbər verir ki, ABŞ dövlət katibi İranın bəzi sanksiyalarının ilə bağlı vaxtın getdiyini əks etdirən saatı nümayiş etdirərək, Vaşinqtonun müttəfiqlərini “İranın sabitliyi pozan davranışlarına son verənədək” “İran hökumətinə təzyiqləri artırmağa” çağırıb.

Twitter hesabında Mayk Pompeo BMT-nin İrana qarşı silah sanksiyalarından və ya İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) Qüds Qüvvələrinin komandanı Qasim Süleymaniyə qarşı səyahət sanksiyalarından qalan vaxtı göstərən bir saat nümayiş etdirib.

ABŞ Dövlət Departamentinin rəsmi saytında isə göstərilib ki, Qasim Süleymani kimi şəxslər 2020-ci ilin aktyabrın 2020-dən etibarən sərbəst şəkildə İrandan xarici ölkələrə səfər edə və rəsmi Tehran silah sata, o cümlədən- ABŞ-ın təbiri ilə desək- “himay etdiyi terrorçu qruplara” silah tədarük edə bilər.

ABŞ Rusiya və Çin kimi ölkələrin də İrana tank, raket və hava hücumundan müdafiə sistemlərini sata biləcəklərini və bunun da “Yaxın Şərqdə yeni silah rəqabətinin başlamasına və bölgədə və dünyada sabitliyin pozulmasına səbəb ola biləcəyini” bildirir.

Bununla, Pompeo və ABŞ Dövlət Departamenti Tehranla, Barak Obama administrasiyası və digər beş dünya gücü arasında bağlanan nüvə sazişi nəticəsində ləğv edilən sanksiyaları nəzərdə tutur.

Qeyd edək ki, Donald Tramp administrasiyası keçən ilin yazında nüvə sazişindən geri çəkiliib. Tramp hökuməti təkcə İranın nüvə proqramına deyil, o cümlədən daha çox məhdudiyyətlərin tətbiqini, eyni zamanda İranın bir sıra digər tədbirlərini də əhatə edən yeni bir saziş əldə etmək niyyətindədir.

ABŞ Tehranı Körfəzdə “əsas qeyri-sabitlik amili” olmaqda günahlandırır. İran isə bu iddiaları rədd edib və Tramp administasiyasını birtərəfli qaydada beynəlxalq öhdəliklərindən çıxmaqda ittiham edib.

Vaşinqton Tehranın “qeyri-stabillik yaradan addımları” adlandırdığı hərəkətlərə qarşı, İranla silah ticarəti ilə əlaqədar beynəlxalq sanksiyaların davam etdirilməsinə çağırır.

Ötən ilin dekabrında Pompeo BMT-nin İrana qarşı silah qadağalarının 2020-ci ildə qaldırılmamalı olduğunu vurğulayıb. O Təhlükəsizlik Şurasını “İranın silah məhdudiyyətlərindən yan keçməsi istiqamətində davamlı səylərini önləmək üçün” “beynəlxalq limanlarda və sularda ehtiyat və yoxlama tədbirləri görməyə” çağırıb.

O vaxtdan bəri iki tərəf arasında, o cümlədən İranın cənub sularında gərginlik artmaqdadır. Tehran isə nüvə sazişində qalan tərəflərin tənqidlərinə baxmayaraq, nüvə sazişi çərçivəsində bir sıra öhdəliklərini azaltmağa başlayıb.

Nüvə sazişinin digər tərəfləri, o cümlədən ABŞ-ın Avropa müttəfiqləri- yəni Britaniya, Almaniya, Fransa və Avropa Birliyi nüvə sazişində qalmaöa davam edirlər. Onlar sazişi qorumağın vacibliyini vurğulayaraq İranı öhdəliklərini azaltmaq və ya nüvə sazişindən çıxmaq istiqamətində birtərəfli addımlardan çəkinməyə çağırıblar.

Avropalılar İranın Qərbi Asiya bölgəsində bəzi hərəkətlərini tənqid edərək, o cümlədən, Suriya vətəndaş müharibəsinə müdaxilə və ya ballistik raketlərin inkişaf etdirilməsində Vaşinqtonla həmfikirdirlər.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button