Dünya

Pompeo “türk əsgərlərini onlar öldürüb” dedi – Rusiyadan reaksiya

ABŞ Rusiya və Türkiyə münasibətlərində gərginlik yaratmaq qərarı verib.

Bunu “Reqnum”a müsahibəsində rusiyalı politoloq Vladimi Şapovalov deyib.

“Türkiyəyə qarşı bir neçə fəaliyyət nəticəsində ABŞ faktiki olaraq müttəfiqi Ankaranı itirib. Türkiyə de-fakto ABŞ-ın müttəfiqi olmaqdan çıxıb və hətta müəyyən mənada ABŞ-ın düşməninə çevrilib. Bu, ABŞ-ın Yaxın Şərq siyasətində fəlakətli nəticədir. Ona görə ki, yarım əsr müddətində məhz Türkiyə ABŞ-ın Yaxın Şərqdə əsas təsir agenti olub. Faktiki olaraq ABŞ hazırda öz əliylə özünü etibarlı müttəfiqindən məhrum edib. Bu situasiyada ABŞ provokasiya vasitəsilə Rusiya və Türkiyə arasında gərginlik yaratmaq qərarı verib. Düşünürəm ki, bu, sonuncu cəhd deyil”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanı türk əsgərlərini öldürməkdə ittiham etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button