Dünyaİran

Pompeo və Netanyahu İranı müzakirə etdi

ABŞ Dövlət katibi Mayk Pompeo bölgə məsələləri və İranın təxribatçı hərəkətləri barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıb.

Söhbət çərçivəsində bölgənin problemləri üzrə əldə olunmuş irəliləyişlər barədə fikir mübadiləsi aparılıb.

Pompeo bildirib ki, İsrailin təhlükəsizliyinin qorunması üzrə ABŞ-ın götürdüyü öhdəliklər öz etibarında qalır.

Qeyd edək ki, SEPAH Pasdaranın Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsindən sonra İran ilə ABŞ arasında gərginlik Amerikanın İraqdakı hərbi hava bazasına İranın raket zərbəsi endirməsi ilə daha da artıb. Buna rəğmən, ABŞ rəsmiləri bildiriblər ki, İran ilə müharibə niyyətində deyillər və tərəflər arasında münaqişə mövzusu olan halların ətraflı razılaşmaya çatmaq gəlinməsi arzusundadırlar.

Eyni zamanda Natanyahu, Ətraflı Birgə Tədbir Planının (Nüvə razılaşması) üzvü olan 3 Avropa ölkəsinin “Maşa Mekanizminin” aktivləşdirilməsi üzrə addımlarını alqışlayaraq, Birləşmiş Millətlər Təşkilatından İrana qarşı sanskiyaların yenidən bərpa olunmasını istəyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close