Site icon Aznews TV

Prezident: Azərbaycan-Ukrayna əlaqələri xalqlarımızın bir-birinə dərin rəğbətindən, dostluq və qarşılıqlı hörmətdən qaynaqlanır

Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrikində yer alıb.

Azərbaycan lideri qeyd edib ki, hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir: “Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir”.

Exit mobile version