Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Prezident Azərbaycandan İrana hücum iddialarını qəbul etmədi – Novin

Prezident Məsud Pezeşkian Azərbaycan Respublikasından İrana hava hücumu edildiyini qəbul etmir.

Bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin deyib.

“Prezident Məsud Pezeşkianın Təbrizə son səfəri zamanı onunla görüşümdə ölkənin şimal-qərbinin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğuladım. Azərbaycan Respublikasından hücumların qeyri-rəsmi sübutlarına baxmayaraq, prezident bunu qəbul etmədi”, – millət vəkili bildirib.

Əlirza Novin vurğulayıb ki, Pezeşkian qarşısında Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Kürdüstan əyalətlərində müdafiə infrastrukturunun gücləndirilməsi barədə məsələ qaldırıb.

Qeyd edək ki, Əlirza Novinin keçirdiyi bu mətbuat konfransı və Azərbaycandan İrana hücumlar barədə cəfəng iddialarından bir gün sonra Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin iclası baş tutub və Əlirza Novin Nümyəndələr Məclisinin sədrliyindən çıxarılaraq onun yerinə Əhər və Heris şəhərlərinin millət vəkili Beytullah Abdullahi seçilib.

Xatırladaq ki, 12 günlük müharibə zamanı guya İsrail PUA-larının Azərbaycandan qalxaraq, İrana zərbə endirməsi haqda bəzi iranlı ekspertlərin səsləndirdiyi iddialarla bağlı heç bir sübut təqdim edilməyib. Azərbaycan isə bu cəfəng iddiaları tamamilə rədd edib və Azərbaycan ərazisinin 3-cü ölkələrə qarşı heç vaxt istifadə edilmədiyini və edilməyəcəyini bir daha bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button