İran

Daha bir iranlı idmançı İsveçrəyə sığındı

İranın buzadırmanma üzrə milli komandasının keçmiş üzvü və dünya ikincisi Zeynəb Kübara Musəvi İsveçrəyə sığınıb.

O, 2019-ci ilin qışında alpinizm federasiyasının siyasətinə və hərəkətlərinə etiraz etdiyinə görə, beynəlxalq yarışlara göndərilmədiyi üçün milli komandadan ayrılsa da, iki ildən sonra yenidən yarışlara qayıtmışdı.

Qadın idmançı dəfələrlə Asiya və dünya üzrə keçirilən yarışlarda qızıl, gümüş və bürünz medallar qazanıb.

Qeyd edək ki, bundan öncədə, xüsusilə son illər ərzində müxtəlif idman növlərində medallar qazanan İran milli komandasının üzvləri xarici ölkələrə sığınıblar.

İranlı idmançıların başqa ölkələrə sığınması öncələr hökumətin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olsada, son vaxtlar bu daha çox ölkədə etirazçılara qarşı repressiyaların güclənməsi ilə bağlı olub.

Related Articles

Bir cavab yazın

Back to top button