Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Prezident İlham Əliyev: “Uğurlu hərbi əməliyyatlarımız davam edir…”

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev daha bir beynəlxalq KİV-ə, “Al-Arabia” telekanalına müsahibə verib və Qarabağda gedən hərbi əməliyyatlar, müharibənin başlamasının səbəbləri haqda danışıb.

Prezident deyib ki, sentyabr ayının 27-də Ermənistan bizim hərbi mövqelərimizə və mülki şəxslərimizə hücum etdi. Mülki şəxslərimiz bu hücumdan əziyyət çəkdi.

“Mülki şəxslərimiz arasında qurbanlar var. Bu səhərə olan məlumata əsasən 22 mülki şəxs öldürülüb və 73-ü yaralanıb. Əfsuslar olsun ki, bu gün bizdə yenə sadə kəndlilərimiz arasında onlarla yaralı və qətlə yetirilənlər var. Biz cavab tədbiri görməli idik və bizim cavabımız adekvat olmuşdur. Biz əks-hücuma başladıq və bu əks-hücum nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistanın atəş mövqelərini susdura bildik. Biz ərazilərin bir qismini, bir neçə kəndi azad edə bildik və bu gün biz 27 il Ermənistanın işğalı altında olan Cəbrayıl şəhərini azad etdik. Bizim uğurlu hərbi əməliyyatımız davam edir. Biz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün tamamilə qətiyyətliyik”,-Azərbaycan prezidenti deyib.

Telekanal müxbiri sual edib: “Prezident Əliyev, açıq-aşkar görünür ki, Azərbaycan və Ermənistan arasında hadisələrin gedişi nəzarətdən çıxır, bu hərbi əməliyyatların genişlənməsinin hər hansı bir həddi varmı?”

Azərbaycan prezidenti bu suala cavab verərkən deyib:

-Hadisələrin nəzarətdən çıxdığını düşünmürəm, vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq. Bizə müharibə lazım deyil. Biz 1992-ci ildən bəri danışıqlar prosesində iştirak edirdik. Demək olar ki, bu 30 il ərzində danışıqlar masasında sıfır irəliləyiş olmuşdur. Ermənistan ərazilərimizdən qoşunların tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının qətnamələrini icra etmək istəmirdi. Əksinə, onların hərbi-siyasi rəhbərliyi yeni torpaqları işğal etməyə cəhd edirdi. Onlar Azərbaycana qarşı hücuma keçməyə cəhd edirdilər və iyul ayında onlar faktiki olaraq yeni hərbi hücuma keçdilər. Beləliklə, biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik.

Related Articles

Bir cavab yazın

Back to top button