Dünya

Prezident seçkilərini təxirə salmaq üçün heç bir səbəb görmürəm – Belarus

Koronavirusun yayılmasına baxmayaraq, Belarusiyadakı prezident seçkilərini təxirə salmaq üçün heç bir səbəb görmürəm.

Bu açıqlama ilə Belarusiya Prezidenti Aleksandr Lukaşenko çıxış edib.

“Prezident seçkilərini nəinki müzakirə etməli, həm də planlaşdırmalıyıq. Hələlik burada bəzilərinin istədiyi kimi prezident seçkilərini təxirə salmağa əsas yoxdur ”– deyə Belarus lider açıqlamasında bildirib.

O, həmçinin bildirib ki, indi iqtisadiyyat siyasi gündəmin ən aktual mövzusudur.

Belarusiyada 2020-ci ildə keçiriləcək prezident seçkiləri avqustun 30-dan gec olmayaraq keçirilməlidir.

Onu da qeyd edək ki, Belarus prezidenti daha öncə koronavirus epidemisinin yayılmasının ölkə ərazisində pik həddə çatdığını açıqlamışdı.

Related Articles

Bir cavab yazın

Back to top button