
Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, İranın “Sərmayə Bank”ın məhkəmə işində dövlət ittihamçı həmin işdə “hərbi və təhlükəsizlik orqanlarının əməkdaşlarının geniş iştirakı”nın olduğunu və müttəhimlərin sözlərinə görə, həmin şəxslərin “daim banka gəlib- getdiklərini” bildirib.
“YJC.ir” saytının məlumatına görə, bazar ertəsi, sentyabrın 2-i (11 şəhrivər) “Sərmayə Bank”ın işi üzrə keçirilən daha bir məhkəmə ilcasında “Sərmayə Bank”ın o vaxtkı baş direktoru və bu iş üzrə müttəhimlərdən biri olan Məhəmməd Rza Xani özünü müdafiə edib.
Xaninin sözlərindən sonra, Prokuror nümayəndəsi Rəsul Qəhrəmani bildirib: “Xani daim banka gəlib- gedən hərbi və təhlükəsizlik orqanlarının əməkdaşları barədə danışır”.
O əlavə edib: “Sərmayə Bank”ın məhkəmə işi əsasən təqaüddə olan təhlükəsizlik və hərbi orqanların əməkdaşları ilə doludur və onlar bankın rəhbərliyi ilə sövdələşərək korrupsiya əməlləri törədiblər”.
Dövlət ittihamçısı ətraflı məlumat vermədən və Xaninin ifadələrinə toxunaraq deyib ki, o “İnqilab Keşikçiləri Korpusunun Təhlükəsizlik İdarəsinin əməkdaşı”ndan yardım alırmış”.
O əlavə edib: “həmin şəxs bank əməkdaşı idi ki, siz problemlərinizin həlli üçün ona müraciət edirdiniz?”
Dövlət ittihamçısı təhlükəsizlik və hərbi orqanların əməkdaşlarının adlarına toxunmayıb.
Aznews.tv