Site icon Aznews TV

Puerto Riko ABŞ-ın 51-ci əyaləti olmağa can atır

Puerto Riko sakinləri növbəti dəfə adanın ABŞ-ın 51-ci ştatı olmasına səs veriblər.

Bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Seçicilərin 52 faizinin (səslərin 95 faizinin hesablanması nəticəsində) ABŞ-a qoşulmağa səs verdikləri qeyd olunur. Bununla belə, puerto rikalıların istəyinin hüquqi qüvvəsi yoxdur, seçim ABŞ Konqresində qalır.

Qeyd edək ki, Puerto Riko 1898-ci ildən bəri ABŞ ərazisi kimi tanınır. Ölkənin sakinləri ABŞ vətəndaşıdır, lakin prezident seçkilərində səs verə bilməzlər və ABŞ Konqresində məhdud səs hüquqlarına sahib cəmi bir nümayəndəsi var

Exit mobile version