Site icon Aznews TV

Putin Ukraynada yaşayan 8 yaşlı qızın arzusunu reallaşdırdı

bu barədə Rusiya mənbələri məlumat verib. Bildirilir ki, ötən həftə Putin Kreml meydanının yaxınlığındakı Gənclər Evinə gedib. Bu zaman o, uşaqların arzularını yazdığı 3 məktubu götürüb. Rusiya liderinin götürdüyü məktubların birində 8 yaşlı Aleksandra Velikiy adlı qız Rusiyanın Ustyuq şəhərindəki “Şaxta baba” evini ziyarət etmək istədiyini yazıb.

Uşağın arzusu yerinə yetirilib və o ailəsi ilə birgə “Şaxta baba” evinə aparılıb. Uşaq “Şaxta baba” evində olarkən Putin ona zəng edərək ziyarətin necə keçdiyini soruşub.(Metbuat.az )

Exit mobile version