az

Ərdəbildə yol qəzalarının qurbanlarının sayı açıqlanıb

“Ötən 8 ayda Ərdəbil əyalətində baş verən yol təsadüflərində 156 nəfər dünyasını dəyişib. Onlardan 103-ü əyalətin şimalında yerləşən Ərdəbil-Muğan yolundakı olayların qurbanı olub”. Bu barədə azər ayının 25-də Ərdəbil Əyaləti Yol Polisinin fərmandehi Seyid Məhəmməd Səfəvi məlumat verib. O, Ərdəbil Əyaləti Yollarının Təhlükəsizliyi Komisionun toplantısındakı çıxışında bildirib: “Yol hadisələrinin çoxu minik otomobilləri vasitəsilə törədilib. Minik otomobillərinin ümumi sayı yüzdə 72-dir. Olayların əsas səbəbi sürət həddinin aşılmasıdır. Bu hadisələrdə ölənlərin yüzdə 79-u kişidir. Onların yüzdə 47-si 21-40 yaş aralığında olan şəxlərdir”.
Komisionun ümran işləri üzrə yönəltmə müavini Fərzad Qələndəri də durumla bağlı çıxış edib. O, bildirib ki, məsul idarələr tərəfindən düzgün idarəetmə təşkil edilməlidir. Milli Məclisin qərarına əsasən, cəsədlərin daşınması Urjans İdarəsi, Qızıl Aypara və Şəhrdari idarələrinin öhdəsindədir. Bu üç idarə birlikdə gərəkən yönəltmələri etməlidir. Qələndəri yol hadisələrinin azaldılması məqsədilə qərarların qəbul edilməli olduğunu vuğulayıb. Qərarlar qəbul edilənədək müvəqqəti işlərin görülməsini önərib.

Related Articles

Bir cavab yazın

Back to top button