Dünya

Bayden immiqrantların ölkəyə girişini məhdudlaşdıran fərmanı ləğv edib

Amerika Prezidenti Co Bayden, Donald Trampın bir sıra kateqoriyadan olan xarici vətəndaşların ölkə ərazisinə girişini məhdudlaşdıran fərmanını ləğv edib. Məsələ ilə ilgili Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilib.
“Koronavirusun yayılmasından sonra iqtisadiyyatın bərqərarı dövründə Amerikada əmək bazarı üçün təhlükə yaradan mühacirlərin 22 avril 2022-ci ildən etibarən ölkəyə girişinin dayandırılması Amerikanın maraqlarına cavab vermir, əksinə, Amerikaya zərər vurur. Müvafiq qərar ləğv edilir”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, sözügedən fərman 22 avril 2020-ci ildə imzalanıb. Sənədin müddəti sonradan bir neçə dəfə uzadılıb.

Related Articles

Bir cavab yazın

Back to top button