CəmiyyətDünyaİran

Qərb turistlərinin 80 faizi İran səfərlərini təxirə salıb

Ukrayna təyyarəsinin vurulmasından sonra İrana getməyi planlaşdıran Qərb turistlərinin çoxu rezervasiyalarını təxirə salıblar.

Bu barədə, İranın Hotelçilər Cəmiyyətinin rəisi Cəfər Həmzəzadə məlumat verib.

Bildirib ki, Avropa və ABŞ-dan gəlməyi planlaşdıran turistlərin 80 faizi önümüzdəki iki ay üçün rezervasiyalarını təxirə salıb.

Həmzəzadə bunun müvəqqəti olduğunu deyib və xüsusi sektorlar üçün dövlətdən yardım istəyib.

Xatırladaq ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsi İranın hava müdafiə sistemi tərəfindən vurularaq düşürülüb. Hadisə nəticəsində 176 nəfər həyatını itirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close