Site icon Aznews TV

Qərbi Azərbaycan əyalətində silahlı qarşıdurma olub-“SEPAH” üzvləri öldürülüb

Qərbi Azərbaycan əyalətinin Salmas bölgəsinin sərhədd məntəqəsində İran İnqilab keşikçiləri Korpusunun məmurları ilə müxalif silahlı kürd qruplaşması üzvləri arasında qarşıdurma olub.

Verilən məlumata görə, iyulun 7-i axşam saatlarında “Kürdüstan Fəhlə Partiyası”nın silahlıları ilə İnqilab Keşikçiləri Korpusunun üzvlərinin “Sancı” kəndi yaxınlığında baş verən silahlı toqquşmada 4 “SEPAH” üzvü həlak olub, daha 4 nəfər “SEPAH”çı isə yaralanıb.

Yaralıların “Xatəm-ül Ənbiya” xəstəxanasına yerləşdirildiyini bildirən mənbə, kürd yaraqlılarının ölü və yaralısı barədə məlumat verməyib.

Qeyd edək ki, silahlı qarşıdurma ilə bağlı iyulun 8-i səhər saatlarına kimi İran rəsmiləri, dövlət mediası və kürd qaynaqları hər hansı məlumat yaymayıblar.

Exit mobile version