Site icon Aznews TV

Qərbi Azərbaycan və Ələhvaz əyalətlərində tibb işçiləri koronavirusdan həyatını itirib

Şərqi Azərbaycan və Ələhvaz əyalətlərində 2 tibb işçisi koronavirusdan həyatını itirib. Belə ki, Batı Azərbaycan polisinin doktoru Təlayə Beygzadə və Ələhvazın “İzə Şəhidləri Mərizxanasının” işçisi Pərican Barsəni koronavirus mərizliyindən dünyasını dəyişib. Məsələ ilə bağlı Batı Azərbaycan polisinin fərmandehi Məsud Xürrəm Nia açıqlama verib. Məlumata görə, Təlayə Beygzadə Polisin Behdari Müavinəti işçilərindən olub və Mazandaran əyalətində xidmət göstərib. Pərican Barsəni vəfatı ilə bağlı “İzə Şəhidləri Mərizxanasının” rəisi Əmrulla Urəki bilgi verib. Bildirilib ki, Pərican Barsəni sözügedən mərizxananın koronavirusla mübarizə işçilərindən olub. 20 gün müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Exit mobile version