İran

Təhlükəsizlik məmurları güneyli fəalın evində axtarış aparıb

İranın təhlükəsizlik məmurları məhkəmə arayışı təqdim etmədən Ərdəbildə yaşayan milli-mədəni fəal Meysəm Colaninin evinə baqın edib və axtarış aparıblar.

Fəalın yaxınlarının verdiyi məlumata görə, dekabrın 11-də Ərdəbil əyalətinin təhlükəsizlik idarəsindən fəala zəng edilib və o suallara cavab vermək üçün 20 dəqiqəliyinə idarəyə çağırılıb.

Bunun qanunsuz olduğunu bildirən Meysəm Colani məhkəmə qərarının göndərilməsini istəyib və idarəyə getməkdən imtina edib.

Milli fəalın hansı səbəblərə görə, hansı suallara cavab vermək üçün təhlükəsizlik idarəsinə çağrıldığı barədə məlumat olmasada, onun 21 Azər (12 dekabr) Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı çağırıldığı ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button