Cəmiyyətİran

Qərbi Azərbaycan yollarında 6 ay ərzində 303 nəfər canını itirib

Qərbi Azərbaycan yollarında 6 ay ərzində 303 nəfər canını itirib.

Bu barədə Qərbi Azərbaycanın Yol Polisi rəis müavini Höccət Müştaq Nəqliyyat agentliyinin iclasında deyib.

Onun sözlərinə görə, bu durum ötən il ilə müqayisədə 6 faiz artım olduğunu göstərir.

“Qərbi Azərbaycanın ən çox ölümlə nəticələnən yolu Urmu-Xoy yoludur. Qəzaların çoxu isə magistral yol olmayan yollarda olub. Ustanın şimal tərəfində baş verən qəzaların ölümlə nəticələnməsinə tibbi təchizatın olmaması səbəb olub”, o bildirib.

Xatırladaq ki, Qərbi Azərbaycanın Yol Polisi rəisi Abbas Fərmani 98-ci ilin avqustda ustan ərazisində 22000 min qəzanın baş verdiyini deyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close