Elm & Texnologiyaİran

Qərbi Azərbaycanda 10-49 yaş qrupunda 194 min savadsız şəxs var

Aznews.tv xəbər verir ki, Qərbi Azərbaycanın Təhsil İdarəsinin Savadlandırma Şöbəsinin müdir müavini bu barədə məlumat verib.
Onun sözlərinə görə, əhalinin son siyahıyaalma siyahısına əsasən, vilayət üzrə 10-49 yaş arasında 194.636 nəfər savadsız var və vilayətdə savadsızlıq səviyyəsi çox olan Üşnəviyə və Çaldıran şəhərləridir.
Vilayətdə vilayət üzrə 10-49 yaş qurupları arasında savadlanma 90.7 faiz təşkil edir, halbuki, ölkədə savadlılıq 97.7 faizdir.
Vilayət üzrə mövcud savadlılıq səviyyəsinin 48 faizi kənd əhalisinə aiddir və burada xarici vətəndaşlar nəzərə alınmır.
Əvvəlki tədris ilində 36 min nəfər savad öyrətmə kampaniyasında iştirak edib və vilayət üzrə 2014-cü ildən indiyədək 49 yaşadək 22 min nəfər az savadlı və tamamilə savadsız şəxs Savad öyrətmə Təşkilatı tərəfindən cəlb edilib.
Hal-hazırda bu sahədə 3500 müəllim vilayətdə tədris işi ilə məşğuldur və bu məsələdə müəllim çatışmamazlığı yaşanmır.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button