Dünya

Rusiya Ukraynaya raket zərbəsi endirib, 4 ölü, 40 yaralı

Rusiya ordusunun Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Son məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib, nəticədə 4 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib.

Onun sözlərinə görə, Kramatorska iki raket zərbəsi endirilib:

“Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib”.

Nazir qeyd edib ki, dağıntılar altında insanlar ola bilər. Hadisə yerində xilasedicilər və polis işləyir.

Donetsk vilayətinin polisi bildirir ki, ilkin məlumatlara görə, Rusiya şəhəri iki S-300 raketi ilə vurub. (report)

Related Articles

Bir cavab yazın

Back to top button