Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İran rejimi qaşqay fəal Xosrov Bahadurini həbsə məhkum etdi

İran irqçi fars-molla rejimi  qaşqayların tanınmış mədəni fəallarından olan Xosrov Bahaduri Qaşqayini 1 il həbsə məhkum edilib.

Şiraz İnqilab Məhkəməsi türk fəalı “hökumət qarşı təbliğat” və “milli təhlükəsizlik əleyhinə əlbir olmaq və toplaşmaq”da günahlandırb.

Bahadurinin həbs cəzasını çəkdikdən sonra 1 il müddətinə ölkədən çıxışına və sosial mediada fəaliyyətində də qadağa qoyulub.

Şiraz Universitetinin siyasi elmlər fakültəsinin öyrəncisi olan Bahaduri 10 mart 2024-cü ildə mədəni tədbirdə saxlanılıb.

Qeyd edək ki, irqçi fars rejim tərəfindən parça-parça edilib bir neçə vilayətə verilən Qaşqayyurdda yaşayan Qaşqay türklərinin sayı 3 milyondan çoxdur. Onlar irqçi fars rejim tərəfindən ciddi müstəmləkə siyasəti və zülmə məruz qalırlar.

Related Articles

Bir cavab yazın

Back to top button