İran

Xalxalda su çatmazlığı bir dəfəlik həll olunacaq

Ərdəbil Əyaləti ustandarının müavini Fərzad Qələndəri deyib: “Xalxal şəhərinə iri su-çatdırma tərhi istifadəyə verilməklə bu şəhərin müxtəlif yerlərində su kəsilməsi və gücünün azalması müşkülü bir dəfəlik qaldırılacaq və əhali sağlam sudan istifadə edə biləcək.”
Qələndəri, Tir ayının 17-i, Xalxala üç su-çatdırma tərhinə baxışı zamanı bu sözləri deyərək habelə bildirib: “Bəfacird səddinin salınması, suyun əsas təmini mənbəyi və səddən 11 kilometrlik su-çatdırma xəttinə şamil bu üç tərhin yüzdə 97 fiziki irəliləməsi olub. Tərhin icrasına BOT rəvişindən istifadə olunaraq 2 min 650 milyard rial etibar ayrılıb.”
Xalxal Vilayətinin fərmandarı Firidun Babai də bu baxışda deyib: “qaynaqlarda suyun təminatı üçdə bir azalıb və saniyədə 170 litrdən saniyədə 100-110 litrə enib. Ona görə də şəhərin əhalisi 15 gün öncədən suyun kəsilməsi müşkülünə tuş gəliblər. Su-ayırma şirkəti və həmin səddən su çatdrıma xətlərinin tezliklə salınması gərəklidir” .

Related Articles

Bir cavab yazın

Back to top button