İran

Qərbi Azərbaycanda silahlı insident olub

Batı Azərbaycanda silahlı toqquşma olub. Olay əyalətin Xana şəhərinin sınır bölgəsində qeydə alınıb. Nəticədə 2 kürd terorist “Sepah” tərəfindən öldürülüb. Məsələ ilə bağlı “Sepah”ın Batı Azərbaycandakı Qərargahı məlumat yayıb.
Bildirilir ki, bölgəni kontrol edən “Sepah” qüvvələri qanunsuz yolla sınırı pozaraq ölkəyə keçən terorçuların maşınını “Likbin” kəndi yaxınlığında silahlarla atəşə tutublar. Atəş nəticəsində 2 yaraqlı kürd yerindəcə öldürülüb, biri isə yaralanaraq ələ keçirilib.
Yaraqlı kürdlərin maşınında bir qədər silah və mühimmat tapılaraq götürülüb.
“Sepah” öldürdüyü müxalif kürdlərin kimliyini və onların hansı yaraqlı kürd dəstəsinə aid olduğunu açıqlamayıb. PJAK Partisinin məlumatına əsasən, Hadi Şeyxə və Əyyub Sultani adlı iki peşmərgəsi bu hücumda “Sepah” qüvvələri tərəfindən öldürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button