Cəmiyyətİran

Qərbi Azərbaycanda spirtdən zəhərlənənlərin son statistikası açıqlandı

Koronavirusun yayılmasından bəri Qərbi Azərbaycan əyalətində spirt içməsi nəticəsində 34 nəfər zəhərlənib, onlardan 6-ı ölüb.

Bu sözləri Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin Təcili Tibbi Yardım və Hadisələr Mərkəzinin rəisi Baqer Bəhrami son statistika ilə bağlı məlumat verərkən deyib. O, bəzi insanların spirt içməklə koronavirusa yoluxma riskini azalda biləcəkləri ilə bağlı səhv fikirlərindən danışıb:

“Təəssüf ki, martın 10-dan edilən xəbərdarlıqlara baxmayaraq, indiyədək bu əyalətdə 34 nəfər saxta spirt içməsi səbəbindən zəhərləniblər. Onlardan 3-ü xanım, qalanları kişidir. Bu günədək əyalətdə spirtdən zəhərlənənlərin görmə qabiliyyətini tamam və ya nisbətən itirilməsi barədə məlumat yoxdur. Son statistikaya görə, zəhərlənənlərin hamısı bir nəfər istisna olmaqla tərxis olunublar”, – deyə əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button