İqtisadiyyatİran

Qərbi Azərbaycanın ev təsərrüfatları ən aşağı orta gəlir əldə edib

Aznews.tv xəbər verir ki, tehranlılar 64 milyon tümən, Qərbi Azərbaycan əhalisi isə 26 milyon tümən gəlirə sahib olub.

İran Statistika Mərkəzi bu yaxınlarda ev təsərrüfatlarının keçən ilki gəlir və xərcləri haqqında hesabat yayıb.

Ailə təsərrüfatlarının gəlir və xərclərini təhlil etmək o baxımdan vacibdir ki, sanksiyaların geri qaytarılması ilə əlaqədar ötən il İran iqtisadiyyatı üçün çətin il olub.

Ötən bir ildə Tehran şəhərdə yaşayan ev təsərrüfatlarının orta gəliri 64 milyon tümən olub ki, bu da onları ötən il üçün ölkənin bu baxımdan vilayətləri içərisində ilk pillədə qərarlaşdırıb.

Əlborz və Mazandaran şəhər ev təsərrüfatları 50 milyon tümən və 46.1 milyon tümən orta gəlir əldə edərək müvafiq olaraq sonrakı sıralarda yer alıblar.

Son bir ildə ən aşağı illik gəlir Qərbi Azərbaycan, Sistan- Bəluçistan və Kerman vilayətlərindəki şəhər ev təsərrüfatlarının payına düşüb ki, 1397-ci ildə onlar müvafiq olaraq 26.4, 28.4 və 30 milyon tümən orta gəlir əldə ediblər.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button