
Qərbi Azərbaycan vilayətində daha 5 qeyri-maddi əsər “Milli abidələr” siyahısına daxil olub.
Aznews.tv xəbər verir ki, bu barədə vilayətin Mədəni İrs, Əl Sənətləri və Turizm idarəsinin müdiri Cəlil Cabbari məlumat verib.
Siyahıya qopuzun düzəldilməsi, “Beş daş” və “Düz-düz” oyunları, bidmişk noğulun hazırlanması, bit və heyranın deyilməsi daxildir. Bununla da qeyri-maddi irs siyahısına daxil olan abidələrin sayı 33-ə çatdı.
Qeyd edək ki, Qərb Azərbaycan 1600-dən çox tarixi abidəsini qeydiyyata alan mühüm vilayətlərdəndir.
Aznews.tv