İranMədəniyyət

Qəzvin rəssamlıq məktəbi qeydiyyatdan keçməlidir – Şirini

Sənət hövzəsi ilə Mədəni İrs, Əl İşləri və Turizm Baş İdarəsi ekspertləri arasında keçirilən iclas Qəzvin rəssamlıq məktəbinin qeydiyyatdan keçməsi məsələsinə həsr olunub.

Aznews.tv “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Sənət Hövzəsi Vizual Sənət şöbəsinin müdiri Fəriborz Şirini məlumat verib.

“Qəzvin şəhəri memarlıq, rəssamlıq, xəttatlıq, musiqi və ədəbiyyat sahəsində tarix boyu öz sözünü demiş bir bölgədir. Qəzvin sənətkarlarından bir çox sənət əsərləri keçmişdən bizə yadigar qalıb. Şəhər qısa müddət paytaxt olsa da, həmin müddətdə vizual sənət, memarlıq, ədəbiyyat, musiqi və s. sahəsində böyük sənət əsərləri və abidələr ərsəyə gəldi. Hər bir sənətin keçmişdə olan kökü və qaynağı təhlil və tədqiq olunmalıdır. Qəzvin incəsənət və memarlıq ustalarının özlərinə məxsus üslubu olub. Bu araşdırılmalı və millətə təqdim olunmalıdır. Biz çalışırıq ki, Qəzvinin özünəməxsus incəsənət məktəbini araşdırıb bir daha gündəmə gətirək, onları qoruyub gələcək nəslə ötürək”, – Fəriborz Şirini bildirib.

Qeyd edək ki, Qəzvin şəhəri İranın mərkəzində yerləşir. Bu şəhər bir neçə il bundan əvvəl Zəncan vilayəti tərkibində olsa da, müəyyən hadisələrdən sonra Zəncan vilayətindən ayrılıb, özü müstəqil bir vilayət olub. Şəhər və ətrafında yerləşən şəhər və qəsəbələrin sakinləri Azərbaycan türkcəsində danışır. Bu şəhər olduqca qədim şəhərdir. Səfəvilər dövründə qısa müddət paytaxt olsa da, tarixin müxtəlif dövrlərində mühüm əhəmiyyətə malik olub. İndi də bir çox tarixi abidələrin məkanı olmaqla yanaşı, həm də İranın ən böyük sənaye şəhərcikləri məhz Qəzvində yerləşir.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button