Cəmiyyətİran

Qəzvin vilayətindəki Allahabad bataqlığı yenidən qurudu

Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, 8 sentyabr, bazar günü Qəzvin vilayətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəisi Hüseyn Pəsəndide İRNA xəbər agentliyinə deyib: Vilayətin cənub-şərqində yerləşən Allahabad bataqlığı kəskin istilər səbəbi ilə yenidən quruyub.

O, bunu “təbii” adlandıraraq əlavə edib: “Əvvəllər bataqlığı müəyyən qədər su ilə təmin edən Xərrud və Əbhər-rud çayları hazırda yaxşı vəziyyətdə deyil və buna görə yayda həddən artıq buxarlanma səbəbindən bataqlıq quruyur”.

Pəsəndidə, payız fəslinin başlaması və yağışların artması ilə Buyin-Zəhra və Abik rayonlarında 100 min hektar ərazidə yerləşən bu bataqlığın “yenidən su üzü görəcəyinə və köçəri quşların yaşayış məskəninə çevriləcəyinə” ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Allahabad bataqlığı bu il yaz yağışlarının artması və Taliqan su bəndinin bir hissəsinin buraxılmasından sonra bir neçə ildən sonra bərpa olunmuşdu.

 

Aznews.tv

Tags
Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button